
Ölkəmiz coğrafi baxımdan Asiya və Avropa arasında yerləşsə də, uzun illərdir ki, Afrika ölkələri ilə həm siyasi-iqtisadi sahədə, həm də humanitar yardımlar, inkişaf proqramları və beynəlxalq məsələlərdə əməkdaşlıq edir. Azərbaycan Afrikada müxtəlif sosial və iqtisadi çağırışlara dəstək göstərməklə qitənin inkişafına töhfə verir. Azərbaycan-Somali əlaqələri təkcə dövlətlərarası diplomatik münasibətlərlə məhdudlaşmır, həm də bir çox sahələrdə strateji əməkdaşlıq perspektivlərini ortaya qoyur. Kənd təsərrüfatı, balıqçılıq, neft-qaz sənayesi, “yaşıl enerji”, humanitar yardım və təhsil sahələrində qarşılıqlı təcrübə mübadiləsi aparılır və müvafiq texnologiyaların tətbiqi ilə bağlı uzunmüddətli planlar hazırlanır.Azərbaycan və Somali əməkdaşlığı diplomatik dialoq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Somali ilə əlaqələrin inkişafı, Azərbaycan üçün müxtəlif imkanlar yaratmaqdadır. Bu əlaqələr həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətlidir. Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, yeni bazarlara çıxış imkanı yaradır. Azərbaycanın Somali ilə əməkdaşlıq etməsi, ticarət sahəsində birgə layihələrin həyata keçirilməsi, investisiyaların cəlb edilməsi və hər iki ölkənin iqtisadiyyatının inkişafına təkan verəcəkdir. Somali Prezidenti Həsən Şeyx Mahmudun Azərbaycana səfəri, ölkələr arasındakı münasibətlərin daha da dərinləşməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi üçün əhəmiyyətli bir hadisədir. Səfər çərçivəsində aparılan müzakirələr, gələcəkdə birgə layihələrin həyata keçirilməsi və iqtisadi əməkdaşlığın artırılması istiqamətində mühüm addımların atılacağını göstərir. Bu səfər həm də Azərbaycanın Afrikadakı mövqeyinin güclənməsinə və yeni strateji tərəfdaşlarla əməkdaşlığın qurulmasına imkan verir. Azərbaycanın Somali ilə münasibətləri yalnız iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Hər iki ölkə arasında təhsil, mədəniyyət və humanitar sahələrdə də əlaqələrin inkişafı önəmli yer tutur. Təhsil sahəsində əməkdaşlıq, tələbə mübadiləsi və birgə təhsil proqramlarının həyata keçirilməsi mümkündür. Mədəniyyət sahəsində isə hər iki ölkə bir-birinin mədəni irsinə maraq göstərə bilər və mədəniyyətlərarası əlaqələri inkişaf etdirə bilər. Humanitar sahədə isə qarşılıqlı dəstək və yardımlar, sosial layihələrin həyata keçirilməsi mümkündür.
Vəli Hüseynli,
Nizami rayon 61 saylı məktəbin müəllimi



