
26 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının təşkilatçılığı ilə Astara Rayon Statistika İdarəsi üzrə ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş görüş keçirilib.
Öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi sükutla yad edilib.
Görüşdə YAP Astara rayon təşkilatının əməkdaşı Elçin Məmmədəliyev, Astara Rayon Statistika İdarəsinin rəisi Rəşad Cahangirov və Şövqiyə Məmmədova çıxış ediblər.
Çıxışlar zamanı Partiyanın VIII Qurultayında müəyyənləşdirilən əsas hədəf və vəzifələr, Prezident İlham Əliyevin nitqindən irəli gələn prioritet istiqamətlər, qarşıda duran yeni vəzifələr və partiya fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsində partiya fəallarının, ərazi partiya təşkilatlarının və ictimaiyyət nümayəndələrinin üzərinə mühüm vəzifələr düşür. Bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, partiya üzvlərinin fəallığının artırılması və qarşıya qoyulan vəzifələrin uğurla icrası xüsusi əhəmiyyət daşıyır.









