
23 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının Nizami küçəsi 15 ”Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri”, Nizami küçəsi 24 ”ƏƏSMN-nin tabeliyində DSMF-nin 1 saylı Lənkəran-Astara Regional Filialının Astara rayon qəbul șõbəsi” və İstiqlaliyyət küçəsi 15 “Lənkəran-Astara Regional Təhsil İdarəsi Astara təhsil sektoru” ünvanları üzrə ərazi partiya təşkilatlarında VIII Qurultayın yekunlarına həsr olunmuş tədbirlər keçirilib.
Astara mərkəzi kitabxana Sistemləri ərazi partiya təşkilatında keçirilən tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov çıxış edərək Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. H.Cəfərov bildirib ki, Qurultayda Prezident, YAP sədri cənab İlham Əliyevin çıxışı partiyanın qarşıdakı fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəd kimi diqqət çəkir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın qarşısında yeni dövrün reallıqlarından irəli gələn mühüm vəzifələr müəyyənləşdirib.
Tədbirlərdə çıxış edən YAP rayon təşkilatının əməkdaşları və fəallar VIII Qurultayın nəticələrinin əhəmiyyətindən danışaraq qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəal iştirakının vacibliyini qeyd ediblər.















