
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Gənclərin siyasət və analitika mərkəzi” siyasi, strateji, ictimai və geosiyasi proseslərin təhlili layihəsinin növbəti qonağı Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov olub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə bağlanan təlimdə çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov layihənin əsas məqsədi və gənclər üçün həyata keçirilən işlər barədə məlumat verib.
Sonra deputat Hikmət Məmmədov “Siyasi böhranlar və lider faktoru müasir geosiyasi mənzərə kontekstində” mövzusunda çıxış edib.
Bildirib ki, müasir dünyada siyasi böhranlar artıq lokal hadisələr kimi deyil, qlobal təsirləri olan mürəkkəb proseslər kimi çıxış edir. Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və dövlətlərarası qarşılıqlı asılılıq bu böhranların həm yaranma səbəblərini, həm də nəticələrini daha da dərinləşdirir. Bu kontekstdə lider faktoru xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edib ki, hazırki geosiyasi mənzərə isə çoxqütblülük, regional güc mərkəzlərinin artması və böyük dövlətlər arasında rəqabətin güclənməsi ilə səciyyələnir. Bu şəraitdə liderlərin rolu daha da ön plana çıxır. Çünki böhran anlarında qərarların sürəti, dəqiqliyi və strateji baxışı məhz liderin şəxsi keyfiyyətlərindən asılı olur. Bu baxımdan Azərbaycan nümunəsi və ölkə rəhbərliyinin rolu xüsusi diqqətə layiqdir. Xüsusilə də Prezident İlham Əliyev faktorunun bu proseslərdə rolu ayrıca qeyd olunmalıdır.
Əlavə edib ki, Azərbaycanın təcrübəsi mürəkkəb geosiyasi şəraitdə lider faktorunun siyasi sabitliyin qorunması və böhranların idarə olunmasının əsas elementlərindən biri olduğunu göstərir.
Daha sonra Milli Məclisin deputatı Hikmət Babaoğlu onu Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilməsi müasibətilə təbrik edən gənclərin suallarını cavablandırıb, müxtəlif istiqamətli maraq kəsb edən məsələlərlə bağlı müzakirələr aparılıb.













