GündəmSiyasət

YAP-ın VIII Qurultayı partiyanın yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 53” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov VIII Qurultayın partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. O, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi tapşırıq və tövsiyələrin partiya üzvlərinin fəaliyyətində əsas istiqamət olduğunu vurğulayaraq, qarşıya qoyulan vəzifələrin ardıcıl və məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini qeyd edib.

Daha sonra çıxış edən Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin direktoru Elnur Nəbiyev təhsil sahəsində həyata keçirilən inkişaf siyasətindən danışıb. O, ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir yanaşmaların tətbiqi və bu sahədə qarşıda duran vəzifələrin icrasının əhəmiyyətini vurğulayıb.

Görüşdə Prezident İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi prioritetlər, YAP-ın qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri və təhsil sahəsinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button