GündəmSosial

YAP Binəqədi rayonunda VIII Qurultayın vəzifələri müzakirə olunub

Müzakirələr zamanı vurğulanıb ki, YAP-ın VIII Qurultayı ölkəmizingələcək inkişaf istiqamətlərinin və yeni hədəflərininmüəyyənləşdirilməsi baxımından xüsusi tarixi əhəmiyyət kəsb edir. Dövlət başçısının çıxışında əksini tapan müstəqillik, dövlətçilik, iqtisadi suverenlik və güclü ordu quruculuğu ideyalarının yerlərdə fəalşəkildə təbliği və icrası qarşıda duran ən mühüm vəzifələrdəndir.

Toplantılarda qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün vəsuverenliyinin tam bərpa edilməsindən sonra dövlətimiz yeni inkişafmərhələsinə qədəm qoyub. Bu yeni dövrün əsas siyasi xətti qazanılmışuğurları qorumaq, dövlətin gücünü, təhlükəsizliyini və iqtisadidayanıqlılığını institusional islahatlarla daha da möhkəmləndirməkdir.

Görüşlərdə çıxış edənlər ideoloji işin gücləndirilməsinin, ictimai rəyiçaşdırmağa çalışan manipulyasiyalara qarşı fəal mübarizənin və millimaraqların qətiyyətlə qorunmasının zəruriliyini bildiriblər. Xüsusiləgənclərin milli-mənəvi dəyərlər, vətənpərvərlik və dövlətçilikprinsipləri əsasında formalaşmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirlər ərazi partiya təşkilatlarının fəalları ilə qarşılıqlı fikirmübadiləsi, təkliflərin dinlənilməsi və gələcək fəaliyyət planlarınınmüzakirəsi ilə yekunlaşıb.

Oxşar Xəbərlər

Back to top button