GündəmSosial

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Mustafa Topçubaşov adına ElmiCərrahiyyə Mərkəzində müşavirə keçirilib

Oktyabrın 30-da “A.M.Şərifzadə küç. 196” ünvanı üzrə (akademik M.Topçubaşov adınaElmi Cərrahiyyə Mərkəzi) ərazi partiya təşkilatında Azərbaycan RespublikasınınPrezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədən öncə tədbir iştirakçıları Cərrahiyyə Mərkəzinin inzibati binasında yerləşənÜmummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzərək Ulu Öndərinəziz xatirəsini dərin ehtiramla yad edib, daha sonra mərkəzin ərazisində yaradılmış“Dəmir Yumruq” abidəsini ziyarət ediblər.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, akademikM.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, YAP Yasamalrayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.


Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanınmüstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əzizxatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca AzərbaycanRespublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev AzərbaycanRespublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham ƏliyevinYAP-ın VIII Qurultayındakı tarixi və proqram xarakterli nitqinin ideoloji-siyasimahiyyəti, insan kapitalının və əhalinin sağlamlığının qorunmasında tibb elminin stratejirolu, eləcə də ərazi partiya təşkilatlarının qarşısında duran mühüm hədəflər barədə geniş, ətraflı məruzə ilə çıxış edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi stabilliyinin, sosial-iqtisadi yüksəlişinin və möhtəşəm Zəfərlərinin ana sütunu olmuşdur. Ulu Öndərin zəngindövlətçilik irsini uzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regional və qlobalmiqyasda qüdrətli dövlətə çevrilmişdir. Müzəffər Ali Baş Komandanın liderliyi iləqazanılan Zəfərlərdə hərbi qulluqçularımızla yanaşı, cəbhə xəttində və arxa cəbhədəfədakarlıqla çalışan tibb işçilərimizin, cərrahlarımızın da müstəsna payı vardır. Qazanılanbu tarixi qələbələr partiyamızın yürütdüyü uzaqgörən siyasi kursun, dövlətimiziniqtisadi-intellektual gücünün və sarsılmaz xalq-iqtidar birliyinin parlaq təntənəsidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və Prezident cənab İlham Əliyevin irəli sürdüyü prioritetlər elmi-tədqiqat və səhiyyə müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işində yeni keyfiyyət mərhələsi açır. Akademik M.Topçubaşov adına ElmiCərrahiyyə Mərkəzi zəngin elmi ənənələrə malik flaqman tibb müəssisələrindəndir. Mərkəzin alimləri, həkimləri və tibb heyəti mürəkkəb əməliyyatları uğurla həyatakeçirməklə yanaşı, cəmiyyətdə dövlətçilik təfəkkürünün, vətənpərvərlik ruhunun vəpartiya ideayalarının geniş yayılmasında ön sıralarda olmalıdırlar. Ərazi partiya təşkilatıgənc həkimlərin, rezidentlərin və alimlərin partiya həyatına fəal inteqrasiyasıistiqamətində məqsədyönlü tədbirləri ardıcıl sürdürməlidir. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması, partiya sıralarının keyfiyyətcə zənginləşməsi və ideoloji işin təsir gücünün artırılması istiqamətində mərkəzin fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq sürdürəcəkdir.

 Çıxış edən akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin  direktoru RaufAğayev respublikamızın aparıcı tibb və cərrahiyyə ocaqlarından birində keçirilən bugörüşün mühüm elmi, mənəvi və ideoloji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. R.Ağayev vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizinhərtərəfli inkişaf modelini yeni keyfiyyət müstəvisinə yüksəldən mühüm siyasi hadisədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı konseptualnitqi səhiyyə sisteminin modernləşdirilməsi, yüksəkixtisaslı cərrahi xidmətin təşkili, müasir elmi-tədqiqatların təcrübəyə tətbiqi və gənc həkim kadrlarının peşəkarlığınınartırılması istiqamətində mərkəzin kollektivi qarşısında vacib öhdəliklər qoyur. Direktorqeyd edib ki, Cərrahiyyə Mərkəzinin həkim və elmi heyəti cənab Prezidentin və Birincivitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə sahəsinə göstərdiyi böyük diqqət vəqayğıya cavab olaraq həm peşəkar fəaliyyətlərində, həm də partiyanın ideolojiprinsiplərinin təbliğində fəal mövqe nümayiş etdirməyə davam edəcəkdir.

 Çıxış edənlər akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Reanimasiyaşöbəsinin müdiri Fuad Həsənov və həkim-rezident Bəyim Rüstəmova mərkəzdə həyatakeçirilən müasir cərrahi və reanimasion əməliyyatlar, 44 günlük Vətən müharibəsində vəlokal antiterror tədbirləri zamanı tibb heyətinin göstərdiyi fədakarlıqlar, eləcə də gəncmütəxəssislər üçün yaradılan hərtərəfli şəraitdən söz açıblar. Çıxışçılar vurğulayıblar ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanınsəhiyyə sahəsinə, şəhid ailələrinə, qazilərə və tibb işçilərinə göstərdiyi yüksək diqqət vəqayğı kollektivi daha əzmlə çalışmağa sövq edir. Onlar YAP-ın VIII Qurultayından irəligələn tapşırıqları gündəlik peşəkar və ictimai fəaliyyətlərində rəhbər tutacaqlarını, partiyaideayalarının təbliğində və cəmiyyətin sağlamlığının qorunmasında hər zaman önsıralarda olacaqlarını bəyan ediblər.

 

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkliçəkdirilib.

Oxşar Xəbərlər

Back to top button