
2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası DialoqForumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın multikulturalizm siyasətinin vəbeynəlxalq münasibətlərdə tutduğu mövqeyin təqdimatı baxımından diqqətəlayiq idi.
Prezident cənab İlham Əliyevin çıxışında əsas diqqət Azərbaycanın tarixən müxtəlifmədəniyyətlərin və dinlərin qovuşduğu məkan olmasına, bu ənənənin müasir dövrdə dəqorunmasına yönəlmişdi. Həqiqətən də, Azərbaycanın fərqli etnik və dini icmaların birgəyaşadığı ölkə kimi təcrübəsi onun beynəlxalq humanitar münasibətlərdə özünəməxsus yerinimüəyyənləşdirir. 2011-ci ildə əsası qoyulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dabu təcrübənin beynəlxalq miqyasda təqdim olunmasına xidmət edir.
Prezidentin çıxışında Azərbaycançılıq ideologiyasına verilən diqqət xüsusi əhəmiyyətdaşıyırdı. Müxtəlif etnik və dini mənsubiyyətə malik insanların vahid dövlətçilik mənafeyiətrafında birləşməsi milli həmrəyliyin əsasını təşkil edir. Vətən müharibəsi zamanı cəmiyyətinnümayiş etdirdiyi birlik bunun ən aydın nümunələrindən biridir. Bu təcrübə göstərir ki, millibirlik fərqlilikləri aradan qaldırmaq deyil, onları ümumi vətəndaşlıq dəyərləri ətrafındabirləşdirməkdir.
Prezidentin müasir dünyada ideoloji təhlükələrə və milli-mənəvi dəyərlərin qorunmasınatoxunması da düşündürücü məqam idi. Qloballaşma və informasiya axınının sürətləndiyi birdövrdə xalqların öz kimliyini, tarixini və ənənələrini qoruması xüsusi əhəmiyyət kəsb edir. Dövlətin gücü yalnız iqtisadi və hərbi imkanları ilə deyil, həm də cəmiyyətin mənəvi birliyi vəmilli dəyərlərinə bağlılığı ilə ölçülür.
Ölkə başçısının vurğuladığı digər mühüm istiqamət beynəlxalq münasibətlərdə ikilistandartlar və dövlətlərin suverenliyinə hörmət məsələsi idi. Prezidentin mövqeyindən aydın olurki, həqiqi dialoq qarşılıqlı hörmətə və bərabərliyə əsaslanmalıdır. Heç bir dövlətə öz siyasi vəictimai modelini başqasına qəbul etdirmək hüququ verilməməlidir. Bu yanaşma AzərbaycanRespublikasının müstəqil xarici siyasətinin əsas prinsipləri ilə də uzlaşır.
Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri, Qarabağda tarixi və dini abidələrəvurulmuş ziyan barədə fikirlər isə çıxışa xüsusi siyasi və mənəvi məzmun verirdi. Eyni zamanda, müharibədən sonrakı mərhələdə sülhün və regional əməkdaşlığın vacibliyinin vurğulanmasıAzərbaycan Respublikasının gələcəyə yönəlmiş siyasətini əks etdirirdi.
Zənnimcə, Prezident İlham Əliyevin çıxışının əsas mahiyyəti bir fikirdə ifadə oluna bilər: mədəniyyətlərarası dialoq yalnız sözlə deyil, əməli fəaliyyətlə təsdiqlənməlidir. Bunun üçünqarşılıqlı hörmət, beynəlxalq hüquqa riayət, dövlətlərin suverenliyinin tanınması və mədəni irsinqorunması vacibdir.
Bakı Forumunun əhəmiyyəti də məhz bu yanaşmada özünü göstərir. Azərbaycan öz tarixitəcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşməklə yanaşı, müxtəlif mədəniyyətlərin qarşıdurmadeyil, əməkdaşlıq şəraitində yaşamasının mümkün olduğunu nümayiş etdirir. Bu, ölkəmizinhumanitar diplomatiyasına verdiyi töhfə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq dialoqməkanı kimi mövqeyini də möhkəmləndirir.
Leyla Hüseynova ,
YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun ərazi partiya təşkilatının sədr müavini



