
Azərbaycan Respublikasının Prezidenti, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirmiş, regional və qlobal əməkdaşlıq proseslərində fəal iştirakını genişləndirmişdir. Ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqinə, multikultural dəyərlərin qorunmasına və beynəlxalq sülh təşəbbüslərinə verdiyi töhfələr bu siyasətin mühüm istiqamətlərindəndir.Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlər ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi, multikulturalizm siyasətini və qlobal əməkdaşlığın inkişafına verdiyi töhfələri bir daha nümayiş etdirir. Müasir dünyada siyasi, dini və mədəni fərqliliklərin bəzən qarşıdurmalara səbəb olduğu bir şəraitdə mədəniyyətlərarası dialoqun gücləndirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan özünün tarixi təcrübəsi, multikultural dəyərləri və həyata keçirdiyi dövlət siyasəti ilə mühüm nümunə ortaya qoyur. Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, enerji təhlükəsizliyinə, nəqliyyat-kommunikasiya əlaqələrinə və regional əməkdaşlığa verdiyi töhfələr Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndiyini göstərir. Milli kimliyin, dövlət müstəqilliyinin, dilimizin və ənənələrimizin qorunması hər bir vətəndaşın məsuliyyətidir. Milli-mənəvi dəyərlərimizin yaşadılması gələcək nəsillər qarşısında mühüm vəzifələrimizdən dir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyin, multikulturalizm siyasətinin və sülhə əsaslanan əməkdaşlıq təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Bir gənc olaraq hesab edirəm ki, bu çıxışdan irəli gələn əsas mesajlardan biri milli dəyərlərimizi qorumaqla yanaşı, dünyaya açıq olmaq, beynəlxalq əməkdaşlığı gücləndirmək və Azərbaycanın müsbət təcrübəsini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. İnanıram ki, ölkəmizin gələcək inkişafında və beynəlxalq nüfuzunun daha da yüksəlməsində gənclərimizin də mühüm rolu olacaqdır.
İnanıram ki, Azərbaycan Respublikası Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq nüfuzu daha da artıracaq və ölkəmizdə daha çox beynəlxalq tədbirlər keçirilcək.
Maqsud Əhmədzadə,
YAP Yasamal rayon təşkilatının fəal gənci



