
Azərbaycan dövlətçilik tarixinin ən mühüm mərhələlərindən biri müstəqilliyimizinbərpasından sonra milli hüquq sisteminin yaradılması və möhkəmləndirilməsi iləbağlıdır. Bu tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin müstəsnaxidmətləri vardır. Onun uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və millimaraqlara əsaslanan siyasi iradəsi müstəqil Azərbaycanın hüquqi dövlət kimiformalaşmasının əsasını qoymuşdur. 12 Noyabr – Konstitusiya Günü də məhz buböyük dövlətçilik irsinin, milli iradənin və müstəqillik ideallarının təntənəsi kimixüsusi əhəmiyyət daşıyır. Konstitusiyanın qəbul edilməsi Azərbaycanın özgələcəyini müstəqil şəkildə müəyyənləşdirmək əzminin hüquqi ifadəsinəçevrilmişdir.
1995-ci ildə ölkədə yeni Konstitusiyanın hazırlanması istiqamətində geniş vəməqsədyönlü iş aparılmışdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi iləyaradılmış Konstitusiya Komissiyası müasir dövlət idarəçiliyinin tələblərini, millidövlətçilik ənənələrini və beynəlxalq hüququn ümumtanınmış prinsiplərini nəzərəalaraq fundamental sənəd hazırlamışdır. Həmin il noyabrın 12-də keçirilənreferendumda Azərbaycan xalqı öz iradəsini nümayiş etdirərək müstəqil dövlətinəsas qanununu qəbul etmişdir. Bu hadisə hüquqi dövlət quruculuğunun başlanğıcnöqtəsi olmaqla yanaşı, ölkənin siyasi və ictimai həyatında yeni mərhələnin əsasınıqoymuşdur. Konstitusiyanın qəbul edilməsi Heydər Əliyevin dövlətçilikstrategiyasının mühüm tarixi nəticələrindən biri olmuşdur.
Ümummilli Liderin Konstitusiya quruculuğuna yanaşmasının mərkəzində güclüdövlət, azad vətəndaş, qanunun aliliyi və milli həmrəylik prinsipləri dayanırdı. O, yaxşı anlayırdı ki, dövlətin davamlı inkişafı üçün yalnız siyasi sabitlik və iqtisadipotensial kifayət deyil, eyni zamanda möhkəm hüquqi baza və işlək dövlətinstitutları da zəruridir. Məhz bu baxış əsasında Konstitusiyada hakimiyyətbölgüsü, dövlət orqanlarının səlahiyyətləri, insan hüquqlarının təminatı vədemokratik idarəçilik prinsipləri müəyyənləşdirilmişdir. Bu gün Azərbaycanınmüasir dövlətçilik modelinin əsasını təşkil edən hüquqi və institusional sistemhəmin tarixi qərarların məntiqi davamıdır.
Bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət ÜmummilliLider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xəttinin müasir çağırışlarauyğun davam etdirilməsinə xidmət edir. Azərbaycanın beynəlxalq nüfuzununartması, siyasi və iqtisadi müstəqilliyinin möhkəmlənməsi, ərazi bütövlüyünün vəsuverenliyinin tam təmin olunması dövlətçilik tariximizin yeni səhifələriniaçmışdır. Bu nailiyyətlər milli hüquqi əsaslara söykənən güclü dövlət modelininəhəmiyyətini bir daha nümayiş etdirir. 12 Noyabr bizə xatırladır ki, müstəqildövlətçiliyimizin hüquqi təməlləri böyük siyasi uzaqgörənliklə yaradılmışdır və buirsi qorumaq hər bir azərbaycanlının mənəvi borcudur.
Nigar Həsənova,
YAP Xəzər rayon təşkilatının fəalı



