AnalitikaGündəmSiyasət

Gənclər və Konstitusiya – hüquqi dövlətin gələcək təminatı

Hər bir dövlətin gələcəyi onun yetişdirdiyi gənclərin dünyagörüşündən, təhsilindən, milli-mənəvi dəyərlərə bağlılığından və vətəndaşlıq mövqeyindənasılıdır. Gənclik yalnız cəmiyyətin sabahı deyil, həm də bu günün inkişafındamühüm rol oynayan aparıcı qüvvədir. Müasir dövrdə sürətlə dəyişən dünyadahüquqi biliklərə malik olmaq, qanunlara hörmət etmək və vətəndaş məsuliyyətinidərk etmək gənclər üçün xüsusi əhəmiyyət daşıyır. 12 Noyabr – Konstitusiya Günübu baxımdan gənc nəslin diqqətini dövlətçiliyin hüquqi əsaslarına, insanhüquqlarına və demokratik dəyərlərə yönəldən mühüm tarixdir.

1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası gənclərintəhsil, əmək, yaradıcılıq, şəxsi inkişaf və ictimai həyatda iştirak hüquqlarını təminedən fundamental müddəaları özündə birləşdirir. Hər bir gəncin keyfiyyətli təhsilalmaq, öz bilik və bacarıqlarını inkişaf etdirmək, sərbəst şəkildə fikir bildirmək vəcəmiyyətin inkişafına töhfə vermək hüququ vardır. Bu hüquqların konstitusionsəviyyədə qorunması gənclərin öz potensialını reallaşdırması üçün mühümimkanlar yaradır. Hüquqi dövlətin əsas məqsədlərindən biri də məhz savadlı, təşəbbüskar, məsuliyyətli və azad düşüncəli vətəndaşların yetişməsinə şəraityaratmaqdır.

Gənclərin Konstitusiyanın mahiyyətini dərindən öyrənməsi və onun prinsiplərinigündəlik həyatında rəhbər tutması hüquqi mədəniyyətin yüksəldilməsi baxımındanvacibdir. Məktəblərdə və ali təhsil müəssisələrində hüquqi maarifləndirmətədbirlərinin təşkili, müxtəlif intellektual layihələrin həyata keçirilməsi, gənclərinictimai müzakirələrə cəlb olunması bu istiqamətdə mühüm rol oynayır. Gənc insanbilməlidir ki, hüquqlarından istifadə etmək qədər başqalarının hüquqlarına hörmətetmək də vacibdir. Qanunlara əməl edən, dövlət rəmzlərinə ehtiram göstərən, millitarixini və dövlətçilik ənənələrini dərindən bilən gənclik Azərbaycanın gələcəyininetibarlı təminatıdır.

Bu gün ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların təhsil və məşğulluqimkanlarının artırılması, ictimai-siyasi proseslərdə fəallığının gücləndirilməsidövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevinrəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti yeni nəslin bilikli, vətənpərvər vərəqabətqabiliyyətli şəxsiyyətlər kimi formalaşmasına xidmət edir. Azərbaycangəncləri əldə etdikləri bilikləri, bacarıqları və enerjilərini dövlətimizin tərəqqisinəyönəltməli, milli maraqlarımızın qorunmasında fəal iştirak etməlidirlər. Konstitusiya Günü gənclərə bir daha aşılayır ki, hüquqi dövlətin gələcəyiqanunlara hörmət edən, öz məsuliyyətini dərk edən və Vətəninə sədaqətlə xidmətgöstərən nəsillərin əlindədir.

 

Orxan Rzayev,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button