
İnsanların layiqli həyat şəraitinin təmin olunması, sosial ədalətin qorunması və hərbir vətəndaşın cəmiyyətin inkişafından bəhrələnməsi müasir dövlət siyasətinin əsasməqsədlərindəndir. Dövlətin inkişafı yalnız iqtisadi göstəricilərlə deyil, həm dəəhalinin sosial rifahı, təhsil və səhiyyə imkanları, məşğulluq səviyyəsi və sosialmüdafiə mexanizmlərinin səmərəliliyi ilə ölçülür. Azərbaycan RespublikasınınKonstitusiyası ölkəmizin sosial dövlət prinsiplərinə əsaslanan inkişaf istiqamətinimüəyyənləşdirir. 12 Noyabr – Konstitusiya Günü bu baxımdan hər bir vətəndaşınlayiqli həyat hüququnun, sosial təminatın və bərabər imkanların hüquqiəhəmiyyətini ön plana çıxarır.
Azərbaycan Konstitusiyasında əmək, istirahət, sosial təminat, sağlamlığınqorunması və təhsil hüquqları kimi mühüm sosial hüquqlar təsbit edilmişdir. Buhüquqlar insanın cəmiyyətdə layiqli mövqe tutması, öz potensialını reallaşdırmasıvə təhlükəsiz həyat sürməsi üçün zəruri şərtlər yaradır. Xüsusilə aztəminatlıailələrin, yaşlı insanların, əlilliyi olan şəxslərin, müharibə veteranlarının və şəhidailələrinin sosial müdafiəsi dövlətin diqqət mərkəzində olan məsələlərdəndir. Sosial ədalət prinsipi cəmiyyətin bütün üzvlərinin imkanlarınıngenişləndirilməsini, heç kimin diqqətdən kənarda qalmamasını və hər bir insanınləyaqətinə hörmət edilməsini tələb edir.
Ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar və proqramlar əhalinin həyatsəviyyəsinin yüksəldilməsinə, yeni iş yerlərinin yaradılmasına, əməkhaqqı vəpensiyaların artırılmasına, sosial xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasınayönəlmişdir. Təhsil və səhiyyə infrastrukturunun yenilənməsi, regionların sosial-iqtisadi inkişafı, müasir xidmət imkanlarının genişləndirilməsi ölkənin davamlıinkişafına mühüm töhfə verir. Bu prosesdə dövlət qurumları ilə yanaşı, ictimaitəşkilatların, vətəndaş cəmiyyəti institutlarının və hər bir vətəndaşın üzərinə dəmühüm məsuliyyət düşür. Sosial rifahın yüksəlməsi ümumi əmək, həmrəylik vəqarşılıqlı dəstək nəticəsində mümkün olur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosialyönümlü siyasətindavam etdirilməsi dövlətin əsas prioritetlərindən biri olaraq qalır. Xüsusilə şəhidailələrinə və müharibə əlillərinə göstərilən diqqət, sosial təminat mexanizmlərinintəkmilləşdirilməsi və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması bu siyasətinmühüm istiqamətlərindəndir. Konstitusiyanın müəyyən etdiyi sosial hüquqlarınreal həyatda təmin olunması dövlətçiliyimizin gücünü və insan amilinə veriləndəyəri nümayiş etdirir. 12 Noyabr – Konstitusiya Günü münasibətilə hər birimizunutmamalıyıq ki, güclü və inkişaf etmiş dövlətin əsas göstəricilərindən birivətəndaşının xoşbəxtliyi, rifahı və gələcəyə inamıdır.
Fəridə Hüseynova,
YAP Xəzər rayon təşkilatının fəalı



