
Azərbaycan xalqının dövlətçilik tarixində elə əlamətdar günlər var ki, həmintarixlər yalnız təqvimdə deyil, milli yaddaşımızda da xüsusi yer tutur. 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın azadlıq, müstəqillikvə hüquqi dövlət quruculuğu uğrunda apardığı mübarizənin mühüm nəticələrindənbirini özündə təcəssüm etdirir. Konstitusiya hər bir dövlətin varlığını, idarəçilikprinsiplərini, cəmiyyətin inkişaf istiqamətlərini və vətəndaşların hüquqi statusunumüəyyən edən ali hüquqi sənəddir. Bu sənəd dövlətlə xalq arasında qarşılıqlıməsuliyyətin, etimadın və birliyin möhkəm əsaslarını formalaşdırır. Azərbaycanüçün isə Konstitusiyanın qəbul edilməsi müstəqil dövlətçilik tariximizin yenimərhələsinin başlanğıcı olmuşdur.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbuledilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin müasir dövlətquruculuğunun hüquqi əsaslarını müəyyənləşdirdi. Ümummilli Lider HeydərƏliyevin rəhbərliyi ilə hazırlanaraq xalqın müzakirəsinə təqdim edilən bu mühümsənəd Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, demokratik inkişaf yolunuvə hüquqi dövlət prinsiplərini təsbit etdi. Həmin dövrdə ölkəmiz mürəkkəb siyasi, iqtisadi və ictimai proseslərdən keçirdi. Belə bir şəraitdə müstəqil Azərbaycanıngələcək inkişafını təmin edəcək fundamental hüquqi sənədin qəbul edilməsi tarixizərurət idi. Konstitusiya xalqın iradəsini, dövlətçilik ənənələrinə bağlılığını vəgələcəyə olan inamını özündə birləşdirdi.
Konstitusiyanın əsas fəlsəfəsində insan, onun hüquq və azadlıqları, ləyaqəti vətəhlükəsizliyi dayanır. Dövlətin ali məqsədinin insan və vətəndaş hüquqlarınıntəmin edilməsi kimi müəyyənləşdirilməsi Azərbaycanın demokratik və hüquqidövlət quruculuğuna sadiqliyinin göstəricisidir. Söz, fikir, vicdan, mülkiyyət, təhsil, əmək və digər fundamental hüquqların konstitusion təminatı cəmiyyətin hərbir üzvünə öz potensialını reallaşdırmaq, azad və təhlükəsiz şəraitdə yaşamaqimkanı yaradır. Bu baxımdan Konstitusiya yalnız dövlət idarəçiliyinin əsaslarınımüəyyən edən hüquqi sənəd deyil, həm də hər bir vətəndaşın gündəlik həyatına, gələcəyinə və cəmiyyətdəki mövqeyinə təsir göstərən mühüm dəyərdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi iləhəyata keçirilən dövlət siyasəti müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsinə, hüquqi institutların inkişafına və milli maraqların qorunmasına xidmət edir. Ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və sosial nailiyyətlər Konstitusiyada müəyyənedilmiş prinsiplərin müasir dövrün tələblərinə uyğun inkişafı ilə sıx bağlıdır. 12 Noyabr yalnız tarixi bir hadisənin xatırlanması deyil, həm də hər birazərbaycanlının dövlətinə, qanunlarına və milli dəyərlərinə bağlılığını ifadə etdiyiəlamətdar gündür. Konstitusiya müstəqilliyimizin hüquqi qalası, dövlətçiliyimizinsarsılmaz dayağı və gələcək nəsillərə ötürülən ən qiymətli milli sərvətlərimizdənbiridir.
Aysel Məmmədova,
YAP Xəzər rayon təşkilatının fəalı



