AnalitikaGündəmSiyasət

Heydər Əliyev ideyaları və Yeni Azərbaycan Partiyasının tarixi missiyası 21 noyabr – milli siyasi iradənin təntənəsi

Tarix xalqların taleyində dönüş yaradan şəxsiyyətləri və hadisələri heç vaxtunutmur. Azərbaycan xalqının siyasi tarixində Ümummilli Lider Heydər Əliyevinadı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaradılması da belə mühümhadisələrdəndir. 1992-ci il noyabrın 21-də keçirilən təsis konfransı xalqın sabitliyə, güclü dövlətə və etibarlı gələcəyə olan ehtiyacından doğan tarixi qərarın təntənəsiidi.

Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi gərginlik, idarəçilikproblemləri və ictimai narahatlıq Azərbaycanın gələcək inkişafı üçün ciddimaneələr yaradırdı. Belə bir şəraitdə ziyalıların, vətənpərvər insanların və müxtəlifictimai təbəqələrin müraciətləri əsasında Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasitəşkilatın yaradılması zərurəti meydana çıxmışdı. Bu təşəbbüs xalqın milliiradəsinin və dövlətçilik düşüncəsinin ifadəsinə çevrildi.

Yeni Azərbaycan Partiyasının ideoloji təməlində azərbaycançılıq, milli birlik, dövlət müstəqilliyinə sədaqət və xalqın rifahına xidmət prinsipləri dayanırdı. Heydər Əliyevin siyasi irsi partiyanın fəaliyyət istiqamətlərinə dərin məzmunverdi. Onun müəyyənləşdirdiyi dövlətçilik xətti Azərbaycanın siyasi sabitliyininmöhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına və iqtisadi inkişafınınsürətlənməsinə mühüm töhfələr verdi.

Bu gün Yeni Azərbaycan Partiyası özünün tarixi missiyasını müasir dövrünçağırışlarına uyğun şəkildə davam etdirir. 21 noyabr yalnız partiyanın yaranmatarixi deyil, həm də xalqın gələcəyə inamının, milli həmrəyliyinin və dövlətçilikəzminin rəmzidir. Heydər Əliyev ideyaları isə Azərbaycanın inkişaf yolunda özaktuallığını qoruyaraq gələcək nəsillər üçün mühüm siyasi və mənəvi irs olaraqyaşayır.

Nigar Əliyeva,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button