
Hər bir xalqın tarixində gələcəyin istiqamətini müəyyən edən mühüm qərarlarmövcuddur. Azərbaycan xalqı üçün 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi belə qərarlardan biri kimi yadda qalıb. Həmin gün ölkənin siyasi həyatında yeni təşkilatlanma mərhələsinin əsası qoyuldu, dövlətçilik maraqlarını üstün tutan insanların vahid məqsəd ətrafında birləşməsiüçün mühüm zəmin yarandı.
Yeni Azərbaycan Partiyasının yaradılması Ümummilli Lider Heydər Əliyevinsiyasi uzaqgörənliyinin və xalqın ona bəslədiyi etimadın nəticəsi idi. Ölkəninmürəkkəb dövründə Heydər Əliyevin rəhbərliyinə olan ehtiyac cəmiyyətinmüxtəlif təbəqələrinin müraciətlərində öz əksini tapırdı. Partiyanın təsis konfransıbu ictimai tələbin siyasi təşkilatlanma formasında təzahürü oldu və Azərbaycanıngələcək inkişafı üçün yeni imkanlar açdı.
Partiyanın əsas ideoloji prinsipləri müstəqilliyin qorunması, milli maraqlarınmüdafiəsi, hüquqi dövlət quruculuğu və sosial rifahın yüksəldilməsi kimi mühümməqsədləri əhatə edirdi. Heydər Əliyevin siyasi kursu dövlət idarəçiliyindəardıcıllığın, məsuliyyətin və strateji düşüncənin vacibliyini nümayiş etdirdi. Sonrakı dövrdə bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrüntələblərinə uyğun şəkildə davam etdirildi.
Bu gün Yeni Azərbaycan Partiyasının yaranma tarixi dövlətçilik ənənələrinəsədaqətin və siyasi varisliyin mühüm nümunəsi kimi dəyərləndirilir. 21 noyabrınmənəvi mahiyyəti xalqın öz gələcəyinə sahib çıxması, milli maraqları qoruması vəinkişaf naminə birlik nümayiş etdirməsi ilə bağlıdır. Bu tarixi gün hər bir vətəndaşıölkənin tərəqqisinə töhfə verməyə çağıran əlamətdar tarixdir.
Kamran İsmayılov,
YAP Xəzər rayon təşkilatının fəalı



